Сінгапур


Про країну

 

Dörd "Asiya pələngi"ndən biri olan Sinqapur, Asiyanın ən yüksək iqtisadi artım faizlərini hər il yeniləyən qitənin ən inkişaf etmiş ölkələrindən biridir. Nyu-York, London və Honq Konqdan sonra dördüncü dünya maliyyə mərkəzi hesab olunur. Şəhər-dövlət olan Sinqapur biznes və təhsil üçün ən perspektivli ölkələrdən biri sayılır. Beynəlxalq universitetlərin filiallarına sahib olan Sinqapurun təhsil sistemi dünyada ən yaxşılardan biri sayılır. İki yerli universitet isə beynəlxalq reytinq siyahılarından birində Top-20-də qərarlaşmışdır. (QS World University Rankings® 2015/16)

 

 

Ali təhsil

İngilis dili Sinqapurun rəsmi dillərindən biridir və universitetdə təhsil əsasən ingilis dilində aparılır. Qəbul olunduqdan sonra bir dil imtahanından keçməlisiniz və ingilis dili səviyyəniz kifayət qədər yüksək olmadıqda universitetdə xüsusi kurslar almaq imkanına sahib olursunuz. Ən populyar ixtisaslar: iqtisadiyyat, biznes, riyaziyyat və təbiət elmləri. Müxtəlif universitetlərdə bakalavr, magistr dərəcəsi ala bilər və ya aspirantura təhsili ala bilərsiniz.

 

 

 

 

Sinqapurda Qərb ölkələri ilə müqayisədə daha ucuza, yüksək keyfiyyətli və dünya səviyyəsində təhsil əldə edə bilərsiniz. Sinqapurda tələbə və iş vizasını almaq daha asandır. Bir çox universitet təcrübə proqramları təmin edir, belə ki, məzuniyyətdən sonra tələbə uğurlu məşğulluq üçün kifayət edəcək biliklərə sahib olur. Ölkənin əsas perspektivlərindən biri də dünyanın müxtəlif sahələrindən olan ən böyük şirkətlərinin qərargahı Sinqapurda cəmlənib.

 

 

Sinqapurdakı ali təhsil haqqında daha çox məlumat

Sinqapur müxtəlif sahələrdə karyera perspektivlərinin olduğu Asiyanın iqtisadi olaraq ən çox inkişaf etdiyi ölkələrindən biridir. Uzun illərdir dörd "Asiya pələnglərindən" biri olan bu şəhər-dövlət dünyanın ən vacib biznes mərkəzlərindən birinə çevrilmişdir. Sinqapurda ingilis dilinin rəsmi tədris dili olduğu beynəlxalq universitetlərin filialları günbəgün artmaqdadır.

 

Üstünlükləri

Sinqapurda dünyanın nüfuzlu universitetlərinin filiallarında Avropa və Amerika standartlarında yüksək keyfiyyətli təhsil ala bilərsiniz. Yaşayış xərcləri həm də Avropa və ABŞ-a nisbətən daha ucuzdur. Tələbə vizasının alınması və daha sonra iş vizasının verilməsi isə sadələşdirilmiş şərtlər olduğu üçün nisbətən daha asandır.

 

Reytinq

IMD World Competitiveness Yearbook 2014-2015 hesabatına əsasən Sinqapur təhsil sistemi dünyada ilk beşdədir. Riyaziyyat və təbiət elmləri ixtisaslarında 144 ölkə arasında birinci yerdədir. (World Economic Forum's Global Competitiveness Report 2014/2015) Beynəlxalq universitetlər reytinqində isə (QS, THE) Sinqapurdan Top-100-də 2 universitet qərarlaşa bilib.

 

Qəbul və dil kursları

Sinqapur universitetlərindən birinə qəbul olmaq üçün ingilis dilində beynəlxalq imtahan nəticələrinizi (IELTS, TOEFL) təqdim etməlisiniz.

İngilis dili səviyyənizi qiymətləndirmək üçün Azeri Student şirkətində əvvəlcədən test imtahanından keçə bilərsiniz və əgər ingilis dili səviyyəniz qəbul üçün kifayət deyilsə, dil kurslarına müraciət edə bilərsiniz

 

Azeri Student şirkəti 10 ildən çox müddətdir ki, Sinqapur universitetlərinə daxil olmaq və uğurla qeydiyyatdan keçmək üçün təlim və tədris xidmətləri göstərir. Mütəxəssislərimiz universitet üzərində qərar verməyə, təhsil proqramını seçməyə və bütün zəruri sənədləri hazırlamağa kömək edəcək, beləliklə, siz Sinqapurda istədiyiniz təhsili rahatlıqla ala biləcəksiniz.

 

Azeri Student konsultasiya xidməti

Şirkətin mütəxəssisləri Sinqapurda ali təhsillə bağlı məsləhətləşmələr aparacaq, Sinqapurun ali məktəbləri haqqında müasir məlumatları təqdim edəcə, təhsil müəssisəsinə qəbulla bağlı köməklik göstərəcək, tələbə vizasını almaqda yardım edəcək və zərurət yarandıqda bir təhsil turu təşkil edəcəklər.

Освітні програми

Сінгапур витрати

  • Ali təhsil

  • İlliyi 16000 - 64800 $ arasında dəyişir

Təhsil haqqı əsasən bunlara xərclənir:

  • Tədris
  • Tədris materialları

Вступайте з нами!


Залиште заявку або звертайтеся за номером телефону! Фахівці Student Study допоможуть підібрати навчальний заклад та програму, забронювати проживання та підготувати візові документи для успішного початку навчання за кордоном.

Марта Яремко

Експерт з навчання за кордоном

[email protected]

Потрібна порада?

При відправленні повідомлень ви погоджуєтеся обробляти вашу особисту інформацію. Ми забезпечуємо повну конфіденційність.